Şimal bölgəsində Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı konsert təşkil olunub
Cəmiyyət
3453
10 May 2023 | 21:25

Şimal bölgəsində Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı konsert təşkil olunub

Şimal rayonlarında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konsert proqramı keçirilib.

Quba,Şabran və Xaçmaz rayonlarında keçirilən konsert proqraminda tanınmış incəsənət nümayəndələri iştirak edib.

Tanınmış ifaçılar Pərviz Bülbülə, Türkan Vəlizadə, Nəfəs, Zahidə Günəş, Rahidə Baxış, Şəbnəm Qəhrəmanova, Zeynəb Həsənli, Samir Priyev və xalq artisti Faiq Ağayev sevilən musiqilərini tamaşaçılarla bölüşüblər.

Konsert keçirilən rayonların İcra Hakimiyyətlərinin başçıları Ümummilli Lideri Heydər Əliyevin mənalı ömür yolundan danışıblar.

Keçirilən konsert proqramlarıda çoxsaylı tamaşaçı izdihamı müşahidə edilib.

Sonda atəşfəşanlıq olub.

Link kopyalandı!
Son xəbərlər