Tiranada Azərbaycan səfirliyinin fəaliyyətə başlaması məsələsi müzakirə olunub
Cəmiyyət
2982
04 May 2023 | 18:05

Tiranada Azərbaycan səfirliyinin fəaliyyətə başlaması məsələsi müzakirə olunub

 

Azərbaycan-Albaniya iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupunun Hökumətlərarası Komissiya statusuna yüksəldilməsi məsələsi müzakirə olunub.

Bu barədə energetika naziri Pərviz Şahbazov özünün tviter hesabında yazıb.

"İşçi Qrupun Hökumətlərarası Komissiya statusuna yüksəldilməsi, Tiranada Azərbaycan səfirliyinin fəaliyyətə başlaması münasibətlərimizin hərtərəfli inkişafına töhfə verəcək”, - deyə nazir əlavə edib.

P. Şahbazovun sözlərinə görə, İşçi Qrupun ilk iclası siyasi münasibətlərimizin ticari-iqtisadi əməkdaşlıqlarla möhkəmləndirilməsi baxımından məhsuldar oldu.

Link kopyalandı!
Son xəbərlər