Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığın perspektivləri müzakirə olunub - FOTO
Cəmiyyət
2578
03 May 2023 | 15:40

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığın perspektivləri müzakirə olunub - FOTO

Mayın 3-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə Administrasiyasının (DEA) Orta Şərq üzrə regional bölməsi rəisinin köməkçisi Kristofer Dziedziçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Görüşdə müasir texniki nəzarət vasitələri ilə təminat, qabaqcıl texnologiyaların öyrənilərək paylaşılması, poçt göndərişləri ilə narkotik vasitələrin daşınmasına qarşı mübarizədə təcrübələrin bölüşülməsi məqsədilə təlimlərin təşkili istiqamətində fikir mübadiləsi aparılıb. 
 
Azərbaycan gömrük orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı daim qətiyyətli mübarizə apardığı diqqətə çatdırılıb, bu istiqamətdə reallaşdırılan tədbirlər çərçivəsində son bir ayda ölkəmizdən tranzit qaydada keçməklə Avropaya daşınmasına cəhd göstərilən, ümumilikdə 600 kiloqrama yaxın heroinin aşkar edildiyi bildirilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər