Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
3130
02 May 2023 | 11:32

Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq.

Bu barədə AMB məlumat yayıb.

Bildirilir ki, bu münasibətlə qurumun inzibati binasında mətbuat konfransı keçiriləcək.

Xatırladaq ki, martın 30-dan Azərbaycanda uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8,5 %-dən 8,75 %-ə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,5 %-dən 7 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5 %-dən 9,75 %-ə çatdırılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər