Elmi Tədqıqat Kardiologıya İnstitutunun uğurları kımləri narahat edir..?
4719
30 Apr 2023 | 16:57

Elmi Tədqıqat Kardiologıya İnstitutunun uğurları kımləri narahat edir..?

Son günlər ölkə KIV-lərində Elmi Tədqiqat Kardiologiya İnstitutu və rəhbərliyi haqqında həqiqətə uyğun olmayan, gülünc doğuran yazılar dərc edilir.
 
Əslində bu yazılarda həqiqət yükü olmadığına görə reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar. Əslində, məsələ yalnız, yalan, böhtanla bitmir. Məsələn sensasya yaratsınlar deyə “alabəzək” başlıqlar seçirlər və sonra bu başlıq altında da nələr yazırlar bir özləri bilir, bir Allahları. Cəmi 4 il əvvəl inistitutda nələrin dövr etdiyini hər kəs yaxşı xatırlayır.
 
Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan işi tökürlər? Niyə inistitutun direktoru, gənc professor Gülnaz Dadaşovanın ugurlu fəaliyyətindən yazmırlar? Nədən axı onun xırdaca bir qüsurunu filə döndərmək bu adamlar üçün peşəyə çevrilib? Nədən köhnə qramafon valı kimi nala-mıxa vurub Kardiologiya İnstitutunun 4 il əvvəlki üsul-idarəsini sanki yaddan çıxarırlar. Cənablar, professor Gülnaz Dadaşova Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktorudur. O inistitutun ki, cəmi 4 il əvvəl burada məmur özbaşınalığının və harınlığın nəticəsi olaraq baş verən olaylar hər kəsin yadındadır: rüşvət, korrupsiya, hərki-hərkilik... Professor Gülnaz Dadaşova direktorluga rahat həyat sürmək üçün gəlməyib. O, sakit alimlik həyatından od-alov içində olan bir tibb müəssisəsinə göndərilib. Həm də var-dövlət toplamaq üçün yox. Çünki Gülnaz xanımın alim kimi həm maddi, həm də mənəvi xəzinəsi bir çox həmkarlarından üstündür. O, bir gənc olaraq, ali rəhbərliyin tapsırıgı ilə inistitutda tugyan edən rüşvətxorlugun, qanunsuzlugun, hərki-hərkiliyin kökünü kəsməyə, böyük bir kollektivdə saglam ab-hava yaratmaga, saxta sənədlərlə yüklənmiş elmi-tibb ocagını ayaga qaldırmaga qərarlı idi və bu cətin işin öhdəsindən layiqincə gəldi.
 
Professor Gülnaz Dadaşova ilk əvvəl kollektivdə saglam ab-havanın əsasını qoydu və bir vaxtlar məlum qrupun at oynatdığı bu tibb ocagında bu gün kollektivin iş fəaliyyətini görmək üçün inistitutda bir neçə saat olmaq yetər. Buyurun, gəlin və inistitutun bu gününə baxın və onda görərsiniz ki, burada 4 il əvvəlki kecmişdən əsər-əlamət qalmayıb. 
 
“Məqalələrində” kollektiv üzvlərinin direktor Gülnaz Dadaşovadan narazı olduğu vurğulanır, amma bunlar sonradan özünü doğrultmur, şayə olaraq qalır. Dostlar, inanın ki, sizdən Gülnaz Dadaşovaya qarşı istifadə edirlər. Bu şəxslər sonradan sizə lağ da edirlər. Bunların fikri kollektivdə yenidən qarışıqlıq yaratmaqdır. Çünki onlar gənc bir xanımın az vaxt ərzində qazandıgı ugurları heç cür həzm edə bilmirlər. Həzm edə bilmirlər ki, inistituta özü rüşvət almayan və rüşvət alana qarşı da barışmaz olan gənc bir kadr rəhbərlik edir. Belə bir kadrın uğur qazanması təbii ki, onların planlarını alt-üst edir. "Mən tanınmış aliməm, elm adamıyam, mənim xüsusi kabinetim olmalıdı", "İnistitutda əvvəl olan tualetlər ləgv olub, cəmi 2 tualet qalıb", "Şura iclasına gəldim, gördüm qabaq sırada yerimdə oturublar, mən də özümə hörmət edən adamam, cıxıb getdim" və sair, və ilaxirə... Başa düşmək olmur, direktor tualetləri təmir etdirərək kafe acıb, yoxsa icarəyə verib?!
 
“Direktor vəzifəsini icra etmək üçün heç bir səriştəsi olmayan, 1 il ərziində plagiat elmlər doktorluğu müdafiəsini edən kimi özünü vəzifəyə qoyduran Gülnaz Dadaşova sanki dövlət müəssəsinə deyil, şəxsi mülkə direktor təyin olunub. Bu səbəbdən də institutda baş verən proseslər və əmək qaydaları dövlət tərəfindən akreditə olunmuş rəsmi təşkilata uyğun deyil, Gülnaz xanımın və onun yaxın əhatəsinin maraqlarına uyğun qurulub." Bu cümlələr adı və soy adı bəlli olmayan naməlum şikayətcilər tərəfindən yazılıb. Eynən sovet demoqogiyasıdır, o vaxt belə şeyləri anonim olaraq DTK-ya, MK-ya, Leninin goruna yazırdılar. Ümumi danışmaga nə var ki, alimsən, özünə inanırsan plagiat elmlər doktoru oldugunu sübutlarla yaz, ifşa elə, biz də deyək afərin. Görəsən, yuxarıdakı sətirlərin müəllifinin "maraqları" nəzərə alınsaydı öz ərizəsi ilə inistitutdan cıxıb gedərdimi?! Görünür, kişinin əməlli-başlı "cörəyinə" dəyiblər. 
 
"Maraqlı odur ki, Gülnaz Dadaşova yaxın ətraflarının əməllərinə nəinki göz yumur, hətta özü də bu tipli cinayətlərdə iştirak edir. Belə ki, institutun ” hərbi çağırışçılarla” məşğul olan həkim komissiyasının üzvülərindən istifadə edərək saxta sənədlərə qol çəkib küllü miqdarda gəlir əldə edir. Dadaşova hakimiyyəti zamanı xəstələrdən fond pulu yığılması, açıq-açığına palatanın satılması, 400ml-ik sistemlərin tərkib hissələri nəzərə alınmadan, higiyenik və antisanitar normalara uyğun olmadan iki-üç xəstə arasında bölünməsi, köhnə, vaxtı keçmiş dərmanların xəstələrə istifadə olunması və təzə dərmanların aptek şəbəkəsi vasitəsi ilə satılması, funksional həkimlərdən 300-500 man civarında pul yığılması və əks təqdirdə onların işdən uzaqlaşdırılması faktdır." Bəli, bu yerdə xoruzun "quyrugu" görünür. Deməli, Gulnaz xanım kimlərəsə mane olub - saxta işlər görənlərə, rüşvət qarşılıgında hərbi cagırışcılara saxta diaqnoz qoyanlara, "cavandı, bilməz" deyə direktorun adından qanunsuz islər cevirənlərə! Onların bazarı baglanıb axı! 
 
Gülnaz Dadaşova Elman Ələkbərovu inistitutun ən böyük infarkt şöbəsinə müdir təyin edib. O, işdən cıxmasına səbəb kimi bildirir ki, son 2 ildə infarkt şöbəsinin rəhbəri kimi inistitutda tematik xəstələri qəbul etməyə və elmi işləri aparmağa şərait olmayıb. Hörmətli Elman müəllimdə bu qərəz haradan qaynaqlanır görən?! O, bildirir ki, "Dünyanın harasında belə sistem var? Elmi Şuranın professoru xəstənin birini 1 manat 20 qəpikdən qəbul etməməlidir." Başa düşmək olmur, bunun günahı direktor Gülnaz Dadaşovadadır? Tənqid etmək olar, əslində bu lazımdir, amma, səmimi olub, düzə düz, əyriyə əyri demək lazımdır. Əvvəllər professorlar inistitutda özləri istədikləri xəstələrə baxıblar. Yüksək məbləqdə "şirinlik" də alıblar. İndi isə inistitutda sistem dəyişib, hər şey şəffafdır, xəstələr tibbi sugortadan bəhrələnib yüksək səviyyədə müayinə və müalicə olunurlar. Şəhid ailəsi, qazi və Vətən müharibəsi iştirakçıları ödənişsiz olaraq EXO KQ, EKQ, nevroloji və endokrinoloji tibbi müayinələrdən keçirilir və müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilir. Bu kimlərisə niyə qıcıqlandırmalıdır. Bir də ki, hörmətli Elman müəllim indi özəl klinikalarda daha uygun şərtlərlə calışır, əməlli-başlı dolanır. Bunun nəyi pisdir ki...
 
Elman Ələkbərov direktorun qəbullarından da gileylənir. Ancaq inistitutda hamı bilir ki, Gülnaz xanım böyük-kicik yeri bilən, səmimi, mehriban insandır. Ancaq oda var ki, işə məsuliyyətlə yanaşır, tələbkardır. İndi 5 dəqiqə gec qəbul olunub deyə, küsüb getməlidir? Elman müəllim özü də etiraf edir ki, Gülnaz xanım o 5 dəqiqəyə görə zəng edərək üzürxahlıq edib. Amma Elman müəllimin qərəzi "göz cıxarır":" Getdim gördüm, qabaqda kimlərsə oturub. Öz həkim kolleqamızdı, demək də olmur, dur get, öz yerində əyləş. Bunu da qəsdən edirlər ki, qarışıqlıq olsun." Şərhə ehtiyac varmı? Özünü elm fədaisi kimi qələmə vermək istəyi alınmır. Ümumiyyətlə bu müsahibə dedi-qodudan başqa bir şey deyildir.
 
Daha sonra guya direktorun təziqi nəticəsində öz ərizələri ilə işdən cıxarılanlar barədə bəhs olunur. Ümumiyyətlə, son 4 ildə vur-tut 4-5 işci öz ərizəsi ilə işdən azad olunub və onlar da hazırda daha uygun şərtlərlə özəl tibb ocaglarında calışırlar. Bunu inistitutun həyatında ciddi qüsur kimi qələmə verənlər kənardan "qarmaq" atanlardır. Görünür qarayaxma kampaniyasına rəhbərlik edənlər kollektivin icindən də özlərinə qəyyum tapıblar. Nurlana Rüstəmova da onlardan biridir. Araşdırmaga calışdıq, lakin onun real axtarış saytlarında elmi fəaliyyətini əks etdirən məlumatlar tapılmadı, 30 ildir ki, inistitutda işləsə də, hec bir elmi işlə məşgul olmayıb, bir elmi məqaləsi belə yoxdur. 
 
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru professor Gülnaz Dadaşova əvvəlki direktorun dövründə xəstələri, özündən aşagı vəzifə tutan işciləri incidən, onlara ”hara şikayət edirsən, et” deyən bəzilərini işdən kənarlaşdırıbsa, bu o deməkdir ki, onun idarəetmə sistemində güclü kollektivçilik, kollegiyaçılıq mövcuddur. Bunu da bu gün istəməyənlər var və işdən kənarlaşdırılmış bu kəsimin narazı olması başa düşüləndir.
 
Ümumiyyətlə qeyd edirik ki, Elmi-Tədqiqat Kardiologiya İnstitutu haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından institutun cöxsaylı kollektivi və burada müalicə alan onlarca xəstələr tərəfindən bu məqalələr nifrətlə qarşılanıb. 
 
Elmi-Tədqiqat Kardiologiya İnstitutu son 4 ildə yüzlərlə silsilə tibbi-maarifləndirici aksiyalar, beynəlxalq elmi konfranslar, vebinarlar və ölkə ərazisində seminarlar keçirib. Kecən ilin aprel ayından ETKİ-nin direktoru, prof. Gülnaz Dadaşovanın təşəbbüsü ilə ölkə ərazisində şəhid və qazi ailələri üçün tibbi aksiyalara start verilib və şimal, qərb və cənub bölgələrinin rayonları daxil olmaqla artıq 1000-ə yaxın qeyd edilən həssas kateqoriyaya aid olan insanlar bu aksiyalarda iştirak edib. Sonuncu aksiya Tərtər rayonundan gətirilən şəhid anaları üçün təşkil olunub və Ramazan ayına təsadüf etdiyindən onlar üçün iftar süfrəsi hazırlanıb. 
 
Hazırda ETKİ tərəfindən Bakı şəhərində yerləşən ahıllar evi, uşaq sığınacaqlarının kiçik sakinləri və reabilitasiya mərkəzləri ilə sıx əlaqələr qurulub və mütəmadi olaraq bu müəssisələrdə tibbi-maarifləndirici aksiyalar keçirilir. Xüsusilə qeyd edək ki, bu tədbirlər kollektiv tərəfindən pandemiya dövründə və 44-günlük Vətən müharibəsi zamanı da geniş şəkildə təşkil olunmuşdu. Ticarət mərkəzlərində keçirilən tədbirlər əhali arasında böyük marağa səbəb olan aksiyalardandır. 1-2 gün keçən aksiyalarda vətəndaşlarda xolesterin və təziq yoxlanılır, mümkün məsləhətlər verilir və sağlamlıqla bağlı şikayətlər dinlənilir.
 
Bu ilin fevralında "Heydər Əliyev ili"-nə həsr olunmuş Respublikanın ilk Kardioonkologiya üzrə beynəlxaq konfransı keçirilib. Yüksək səviyyədə keçirilən konfrasda Gülnaz Dadaşovanın təşəbbüsü ilə hazırlanan Heydər Əliyevə həsr olunmuş video-çarx nümayiş olunmuşdur. Həmən video-çarx böyük maraq və alqışlarla qarşılanmışdır. Tədbirdə iştirak edən Türkiyə Cümhuriyyətindən bu sahə üzrə öz sözlərini demiş mütəxəssislərin də çıxışları dinlənildi. Türkiyə Kardioonkoloji dərnəyin üzvləri bu sahənin müasir nailiyyətləri barədə məruzə etdilər. Eyni zamanda Milli Onkologiya, Tibb Universitetinin Onkoloji klinikasının, Hematologiya institutunun peşəkar mütəxəssisləri, respublikamızın kardioloq və onkoloqları da əldə etdikləri məlumatları konfrans iştirakçıları ilə paylaşdılar. 
 
Ümumiyyətlə son illərdə ETKİ-nun inkişafı yüksək nailiyyətlərlə şərtlənib, inistitutun inkişafı müasirləşdirilib, maddi texniki bazası imkan daxilində zənginləşdirilib, kadr islahatı gənclərin potensialı hesabına yüksəldilib, həmçinin dünyanın, xüsusən qardaş Türkiyənin Kardiologiya mərkəzləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formada əməkdaşlıq əlaqələri yaradılıb. Beynəlxalq əməkdaşlıq vasitəsilə mənimsənilən və tətbiq olunan yeniliklər ETKİ-nun Avropanın tibb məkanına inteqrasiyasını sürətləndirib.
 
Bütün bu işləri isə Gülnaz Dadaşova cəmisi 4 ildə həyata keçirib. Görülən işləri qiymətləndirmək və cəmiyyətə necə təqdim etmək isə hər kəsin vicdanından asılıdır. Onsuz da elin gözü tərəzidir, deyiblər. Hər kəs hər şeyi yaxşı bilir və qiymətləndirir. Yersiz deyilən sözlər isə sahibini hörmətsiz edir. Getmək olarmı belə ucuzluğa? Bir də ETKİ-də sadəcə Səhiyyə Nazirliyinə kecidlə əlaqədar digət xəstəxanalardakı kimi manitorinq kecirilir.  Bəs nədən bu qədər qarayaxmalar baş verir? Baxın, onlar ücün "əsas məsələ" budur. Arzunuz gözünüzdə qalacaq, cənablar!
 
P.S. Əgər bir vəzifə sahibi, məmur barəsində yazılanlara səbirlidirsə, bu, o demək deyil ki, onun haqqında istənilən bir uydurmanı ictimailəşdirmək olar... Maləsəf, bu gün onun ünvanına fəqrli-fərqli ittihamlar səsləndirirlər. Kiminsə adını çəkmirik. Buna hec ehtiyac da yoxdur. Çünki yazılanların həqiqət payının sıfırın altında olduğuna tam əminik. 
Link kopyalandı!
Son xəbərlər