Çox yazmalıyıq, çox anlatmalıyıq...
Cəmiyyət
3496
28 Apr 2023 | 11:42

Çox yazmalıyıq, çox anlatmalıyıq...

Artıq yeni kitabımı "Qanun" nəşriyyatına təqdim etdim.

Düşüncələrin yenidən çək- çevir edilməsinə yardım edəcək bu kitabın şərti adı "Dirilən adamın düşüncələri" olacaq. Xəstəxanada və evdə müalicə prosesində işləyib tamamladım.

Rəmzi mənada yenidən aktiv siyasətə kitabla başlamağı düşünürəm. Kitabsız vətənpərvərlərin, kitabsız dinçilərin cövlan etdiyi, söz sahibinə çevrildiyi, ictimai rəyin boğazına kəndir keçirdiyi məmləkətimizdə doğru düşüncəni israrla yaymalıyıq, çatdırmalıyıq.

Çox yazmalıyıq, çox anlatmalıyıq. Əks halda bu cəmiyyət, bu dövlət, bu millət siyasi, dini, ideoloji cahilliyə tədricən təslim olacaqdır...

 

Fazil Mustafa, Millət vəkili

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər