Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Moskvada rusiyalı həmkarı ilə görüşüb
2971
26 Apr 2023 | 20:43

Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Moskvada rusiyalı həmkarı ilə görüşüb

Rusiyanın paytaxtı Moskva şəhərində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov və "Rusiya Dəmir Yolları" ASC-nin baş direktoru Oleq Belozerov arasında görüş keçirilib.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Görüşdə iki ölkə arasında tranzit yük daşımaları sahələrində əməkdaşlığın inkişaf perspektivləri, xüsusilə "Şimal-Cənub" marşrutu üzrə birgə fəaliyyət planı müzakirə olunub.

Həmçinin müvafiq marşrutun rəqabətə davamlılığı və əlavə yük həcmlərinin cəlb olunması barədə geniş fikir mübadiləsi aparılıb.

O cümlədən iki ölkə arasında tranzit vaxtının optimallaşdırılması, sənəd dövriyyəsinin elektronlaşdırılması və marşrutlar üzrə əməliyyatların sinxronlaşdırılması ilə bağlı təkliflər planı geniş müzakirə olunub.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər