149 nömrəli məktəbin xəstəxanadakı şagirdlərinin hamısı evə buraxılıb
Cəmiyyət
3513
18 Apr 2023 | 21:38

149 nömrəli məktəbin xəstəxanadakı şagirdlərinin hamısı evə buraxılıb

149 nömrəli məktəbdə naməlum səbəbdən səhhətində problem yaranan və Kliniki Tibbi Mərkəzə aparılan şagirdlər hamısı evə buraxılıb.

Bu barədə məktəbdən olaraq bildirilib.

Qeyd edilib ki, aprelin 18-da 149 nömrəli tam orta məktəbdə özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən şagirdlərin hamısı müvafiq müayinə və tibbi prosedurlardan sonra evə buraxılıb.

Link kopyalandı!
Son xəbərlər