Şəhərin bəzi iri ticarət mərkəzlərində satılan geyimlərin üzərində qiymət göstərilmir.
Belə satış obyektlərindən biri də 8-ci km bazarındakı Ticarət Mərkəzidir.
Buradakı satıcılar deyiblər ki, buna, ümumiyyətlə, ehtiyac duyulmur.
Müştərilərin bəziləri də bu üsulun onlara daha çox sərf etdiyini bildiriblər:
“Amma bundan narahat olanlar da var”
Satıcıların sözlərinə görə, bazar tipli ticarət mərkəzlərinə üz tutanlar, adətən, maksimum endirim gözləyən müştərilərdir. Məhz bu səbəbdən standart qiymət qeyd etmək elə də əhəmiyyət daşımır.
Müşahidələrimizə əsasən, deyə bilərik ki, Binə və Sədərək Ticarət Mərkəzlərində də eyni vəziyyət hökm sürür. Qısaca, alan razı, satan razı.
“Bəs bu hal qanunvericiliklə necə tənzimlənir?”
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, satışda olan bütün malların üzərində onun adı, növü və qiyməti göstərilməlidir”
Mövzu ilə bağlı daha ətraflı XəzərXəbər-in videomaterialında: