Müəllimlərin yerdəyişməsi üzrə elektron qeydiyyat başa çatıb
Cəmiyyət
3026
17 Apr 2023 | 11:54

Müəllimlərin yerdəyişməsi üzrə elektron qeydiyyat başa çatıb

Dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsi başa çatıb.

Elm və Təhsil Nazirliyindən verilən xəbər görə, müsabiqədə iştirak etmək üçün ümumilikdə 7883 nəfər qeydiyyatdan keçərək elektron ərizəsini təsdiqləyib. Namizədlərin elektron ərizəsi emal olunduqdan sonra onların şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

Qeyd edək ki, növbəti mərhələdə müsabiqənin vakansiya seçimi mərhələsi həyata keçiriləcək. Vakant yer seçmək imkanı əvvəlcə şəhid ailələrinin üzvlərinə veriləcək.

Müsabiqənin vakansiya seçimi mərhələsinin keçiriləcəyi tarix barədə ictimaiyyətə məlumat təqdim ediləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər