Fərqimiz bundadır...
Cəmiyyət
Oxunub: 4470
16 Apr 2023 | 15:50
Fərqimiz bundadır...
Bir neçə gün əvvəl Azərbaycan Ordusunun əsgərləri-Aqşin Bəbirov və Hüseyn Axundov vizual görüntünü əhəmiyyətli dərəcədə məhdudlaşdıran əlverişsiz hava şəraiti səbəbindən Ermənistan ərazisinə keçmiş və orada əsir alınmışlar. Hadisədən sonra sosial şəbəkələrin erməni seqmentində yayılan videogörüntülərdən məlum oldu ki, əsir götürülən Hüseyn Axundova qarşı amansız fiziki işgəncələr tətbiq edilib və o, sağlam insan təfəkkürünə sığmayan  qəddar rəftarla üzləşib. 
     
Bu görüntülər sübut edir ki, Ermənistan Birinci Qarabağ müharibəsində azərbaycanlı hərbi və mülki əsirlərə qarşı törətdiyi zorakılığa görə cəzasız qaldığından, beynəlxalq səviyyədə sanksiyalarla üzləşmədiyindən bu gün də 1949-cu il Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozmaqda davam edir. Əslində, görünən odur ki, bəzi beynəlxalq təşkilatların susqunluğu və aşkar etinasız münasibəti, bir başqalarının isə “dişsiz” bəyanatları Ermənistanı yeni cinayətlərə həvəsləndirir. Elə ona görə də Ermənistan bəşəri dəyərlərə və beynəlxalq hüquqa dövlət səviyyəsində göstərdiyi hörmətsizliyi bu gün də davam etdirə bilir. Çünki belə davranış onun dövlət siyasətinin mahiyyətindən irəli gəlir. 27 il boyunca BMT Təhlükəsizlik Şurasının məcburi xarakterli məlum dörd qətnaməsinə məhəl qoymayan və buna görə beynəlxalq birliyin heç bir sanksiyası ilə üzləşməyən Ermənistanda baş verən bu zorakılıq aktı bir daha sübut edir ki, o, vaxtilə cəzasız qaldığına görə beynəlxalq qanunları tapdalamağa və mütərəqqi dünyaya meydan oxumağa cəsarət edə bilir. Əsgərimizə qarşı törədilən vəhşilik həm də bu cəzasızlığın, beynəlxalq hüquqa hörmətsizliyin rəsmi səviyyədə təşviq olunmasının nəticəsidir.
     
Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Dövlət Bayrağımızın yandırılması isə bir daha təsdiq edir ki, əsir götürülən əsgərimizə qarşı törədilən vəhşilik, əsla, epizodik hal deyil, bu, sistemli dövlət siyasətinin və həmin siyasətin erməni cəmiyyətində təşviq etdiyi milli düşmənçiliyin nəticəsidir. Bu, həm də Njde kimi faşist ideologiyasının daşıyıcılarından birini məqsədli şəkildə milli qəhrəmanı səviyyəsində təbliğ edən Ermənistanın rəsmi siyasətinin iç üzünün göstəricisidir. Ermənilər haqda  “məzlum”, “fağır” və “ən qədim millət” nağılını yayan, başqalarını da bu yalanlarına inandırmağa çalışan məlum ölkə və təşkilatlar, indi qoy cavab versinlər və dünyada hər kəs də bilsin ki, iddia etdikləri “mədəni və məzlum” cəmiyyətdə bu cür vəhşilik və vandallıq aktı necə törədilə bilir? Əsgərimizi tək görüb onu amansız işgəncələrə məruz qoyan və Bayrağımıza qarşı vandallıq aktı törədən, savaş meydanındakı ağır məğlubiyyətlərinin əvəzini bayraqdan alan bir cəmiyyət mədəni toplum və “məğlubedilməz xalq” adına iddia edə bilərmi?
     
Bu mənzərəni daha acınacaqlı edən odur ki, Dövlət Bayrağımızı yandıran Ermənistan İctimai televiziyasının dizayn-stilist studiyasının rəhbəri Aram Nikolyan adlı bir gerizəkalıdır və o, bu cinayəti Nikol Paşinyanın gözü qarşısında törədir. Guya estetikaya və yaradıcı mühitə aidiyyatı olan birisi bu ağıldadırsa, onda onun bu mühitə aidiyyatı olmayan digər soydaşlarından hansı “ədəbi” gözləmək olar? Erməniləri “ən mədəni millət” kimi  təqdim edən, Paşinyanın əyninə isə zorla “demokrat”  libasını geyindirməyə  çalışan dairələr, yaxşı olardı ki, cəmiyyətlərimiz və dövlət başçılarının davranışları arasındakı təzadlı fərqə diqqət yetirsinlər. Bir tərəfdə Ermənistan baş nazirinin gözü qarşısında Azərbaycan Bayrağını yandıran, buna görə cinayət məsuliyyətindən kənarda qoyulan bir erməni və erməni cəmiyyətində yaşanan eyforiya, digər tərəfdə isə Bakıda keçirilən Avropa Oyunları zamanı erməni əsilli idmançının əlini sıxıb onu mükafatlandıran Azərbaycan Prezidenti və Prezidentimizin bir işarəsi ilə alqış sədalarının ucaldığı idman salonu. Özü də bu unudulmaz səhnə Bakıda o vaxt baş verirdi ki, torpaqlarımız hələ də işğal altında idi, Ermənistan isə BMT qətnamələrinə məhəl qoymadan ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirirdi. 
     
Azərbaycan cəmiyyəti həm də buna görə haqlı olaraq hesab edir ki, Ermənistanda əsgərimizə qarşı göstərilən qeyri-insani rəftarla və Dövlət Bayrağımızın rəsmi törəndə yandırılması ilə bağlı bəzi ölkə və beynəlxalq təşkilatların yalnız narahatlıq ifadə edən bəyanatları yetərli və adekvat deyil. Cəmiyyətimiz tam haqlı olaraq onu da sual edir ki, ukraynalı əsirlərə qarşı edilən vəhşiliyə görə sərt bəyanatlar verən və ciddi sanksiyalar tətbiq edən eyni ölkə və təşkilatlar azərbaycanlı əsirlərə gəldikdə, nədən yalnız narahatlıq ifadə etməklə kifayətlənirlər? Görəsən, əsirlərə yanaşmada fərqli münasibətin, bir halda sərt, digər halda isə mülayim olmağın səbəbi nədir? Nəyə görə Ermənistanın ağır atletika üzrə federasiyasının rəhbəri indidən əminliklə iddia edə bilir ki, baş verən hadisəyə görə onlara qarşı ciddi sanksiya tətbiq olunmayacaq? Nəyə görə insan haqlarından və dünyəvi dəyərlərdən ağızdolusu danışan bəzi beynəlxalq təşkilatlar Ermənistanın hökumət başçısının gözü qarşısında Azərbaycanın Dövlət Bayrağını yandıran birisinin cinayət məsuliyyətindən kənarda qoyulmasına münasibət bildirmir? Nəyə görə əsgərimizə qarşı edilən vəhşiliklə bağlı hay-haray salmırlar? Axı, onlar, hətta,  erməni yalanları və ermənilərin maraqları tələb etdikdə, bunu çox böyük həvəslə edirlər! 
     
Ermənipərəst dairələrin və lobbi təşkilatlarının təsiri və təzyiqi altında belə ayrı-seçkiliyə yol verən, müxtəlif bəhanələrlə Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edən məlum ölkə və təşkilatlar, nəhayət, fərqində olmalıdırlar ki, Ermənistan kimi digər ölkələrin də təcavüzə və işğalçılıq siyasətinə şirniklənməsinin, müxtəlif coğrafiyalarda separatçı meyillərin baş qaldırmasının səbəblərindən biri də onların eyni mahiyyətli hadisələrə fərqli yanaşması və ikili standartları ilə bağlıdır. Əgər zamanında Ermənistanın işğalçılıq siyasətinə qəti şəkildə dur deyilsə və ona qarşı sərt sanksiyalar tətbiq edilsəydi,  separatçılıq bu qədər yayılmaz, təhlükəsiz dünya nizamı indiki qədər təhdid olunmazdı. Amma nəticə çıxarmaq hələ də gec deyil. 
     
Bütün bunlarla yanaşı, Ermənistanın siyasi-hərbi rəhbərliyi və onun himayədarları, sonuncuların dirijor çubuğu ilə hərəkət edən məlum beynəlxalq təşkilatlar, eləcə də erməni cəmiyyəti bilməlidir ki, Azərbaycan xalqı tarixində yaşadığı faciələrdən, xüsusilə Birinci Qarabağ müharibəsindən sonra keçdiyi məşəqqətli və iztirablı yoldan nəticələrini çoxdan çıxarıb. Xalqımız artıq yaxşı bilir ki, demokratiya və insan haqları pərdəsi altında Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edən, həmin sənədlərdə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini zaman-zaman şübhə altına alan, erməni separatizminə açıq və ya gizli şəkildə dəstək verən dairələrin yeganə məqsədi, ötən əsrin 90-cı illərinin əvvəllərində olduğu kimi, ölkəmizdə  ictimai-siyasi sabitliyi pozmaqdan və  etimadsızlıq mühitini yaratmaqdan ibarətdir. Onların hədəfi nəyin bahasına olursa-olsun, Qarabağda yaratdığımız bugünkü reallığı yenidən dəyişməkdir. Lakin həmin dairələr nədənsə unudurlar ki, bütün demokratik proseslərin təməlində vətəndaş və hakimiyyət münasibətləri, vətəndaşın öz iqtidarına etimad məsələsi dayanır. Dünyanın nüfuzlu beyin mərkəzlərində çox yaxşı bilirlər ki, hakimiyyətə ictimai etimadın, Vətəndaş və Lider birliyinin mövcud olmadığı cəmiyyətlərdə tarixi Zəfərimiz kimi Qələbələr ərsəyə gəlmir və gələ də bilməz. Ermənistanı hələ də qalib kimi görmək istəyən dairələr əbəs yerə özlərini yormaq və erməniləri təxribatlara həvəsləndirmək əvəzinə, onlara izah etməlidirlər ki, nə qədər gec deyil, Azərbaycanın sülh təklifini düzgün dəyərləndirsinlər və bu fürsəti əldən verməsinlər. Ermənistan isə milli düşmənçiliyi, etnik nifrəti, qədim qəbilə təfəkkürünə xas olan barbarlığı təşviq etmək və yeni hamilər axtarışında vurnuxmaq əvəzinə, reallığı qəbul edib sülh və əmin-amanlıq şəraitində yaşamağı, nəhayət, öyrənməlidir. Bunu da bilməlidir ki, qalib Azərbaycan Xalqı, qəhrəman Azərbaycan Ordusu tarixi Zəfərdən sonra Müzəffər Liderinin ətrafında daha sıx birləşib və bu etimadı hansısa qərəzli qətnamələrlə, hərbi təxribat, yaxud terror cəhdləri ilə sınağa çəkmək mənasız vaxt itkisidir. Əksinə, Azərbaycan xalqı bu cür riyakarlığı, dünyanı başına alan ikili standartlar siyasətini gördükcə və yalnız narahatlıq ifadə edən natamam bəyanatları eşitdikcə, 30 il ərzində işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında ədalətsiz şəkildə qoyulan bərabərlik işarələrini yenidən xatırlamalı olur. Xalqımız elə buna görə də milli kimliyimizin və milli ləyaqətimizin möhtəşəm rəmzi olan tarixi Zəfərimizin dəyərini, bu Zəfərin altında dayanan Müzəffər imza sahibinin qədir-qiymətini çox yaxşı bilir. Bilir ki, bu Zəfərimizin əbədi olmasının yeganə yolu ermənipərəst dairələrin və bədxahlarımızın məkrli planlarına, imitasiya oyunlarına bir daha aldanmamaqdan keçir. Nə Azərbaycan xalqı, nə də böyük Türk Dünyası bu iyrənc oyunlara aldanmır və onların arxasında dayananları da yaxşı tanıyır. İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl və gümüş medal qazanan qardaş Türkiyə təmsilçiləri Cansu Bektaşın və Qamze Altunun öz qələbələrini Azərbaycana həsr etmələri həm Ermənistana, həm də həmin məkrli dairələrə ən tutarlı idmançı, qardaş cavabıdır. Türk dünyası, hətta, qaydasız və məkrli oyun müəlliflərinə də qaydalı və ədalətli cavab verməyi bütün zamanlarda olduğu kimi, indi də bacarır! Fərqimiz həm də bundadır...
 
Ülvi Quliyev, Milli Məclisin deputatı, Azərbaycan Karate Federasiyaları Assosiasiyasının prezidenti   
 
Oxşar xəbərlər
20:55, Bu gün
“Qəfil dedilər ki, məktəbdə qumbara partlayıb, şagirdlər və müəllim ölüb”-Misir Mərdanov
20:50, Bu gün
Leyla Əliyeva Sumqayıtda tədbirdə - FOTOLAR
20:45, Bu gün
3 dəqiqəyə stressdən qurtulun - İdmansız, ağrısız...
20:40, Bu gün
Yayda sərin, qışda isti - Ağıllı çarpayı təqdim olundu
20:35, Bu gün
Ronaldo “Qızıl top”u boykot etdi - SƏBƏB
20:30, Bu gün
Zurabişvili aksiya başlatdı: Bu, xalqa qarşı müharibədir!
20:22, Bu gün
ABB COP29-un əsas tərəfdaş bankı seçildi
20:16, Bu gün
Ərdoğan: "Cənubi Qafqazda sülh üçün unikal fürsət yaranıb"
20:08, Bu gün
"NATO Ukraynaya hərbi dəstəyini gücləndirəcək" - Mark Rütte
20:00, Bu gün
Yağışlar Azərbaycanda qida qıtlığına səbəb olacaq? - RƏSMİ AÇIQLAMA
19:50, Bu gün
Azərbaycanda elçiliyin sonu ölümlə bitdi - VİDEO
19:40, Bu gün
"Real Madrid" "Qızıl top" mərasimini boykot edə bilər
19:32, Bu gün
Ermənistan Rusiya sərhədçiləri barədə: İran və Türkiyə ilə sərhəddən çıxarılmaları...
19:27, Bu gün
Tağı Əhmədovun ölümündən əvvəl SON GÖRÜNTÜSÜ: Bu sözləri deyib, ağlayıb - VİDEO
19:22, Bu gün
“Hörmət edən hörmət görəcək, etməyini isə buna məcbur edəcəyik”
19:20, Bu gün
İlham Əliyev Şavkat Mirziyoyevi təbrik etdi
19:15, Bu gün
DİM bu imtahanın nəticələrini açıqladı
19:08, Bu gün
İsrailin İrana zərbələri neftin qiymətinə GÖRÜN NECƏ TƏSİR ETDİ
19:00, Bu gün
Arvadının borcuna görə müharibəyə getdi: Canı qurtardı
18:50, Bu gün
“Dubay şokoladı”nın təhlükəli olduğu açıqlandı
18:40, Bu gün
Həftələrdir xəbərdarlıq edirik, maneə aradan qaldırılmalıdır
18:32, Bu gün
Asryan: Azərbaycanla yeni müharibəyə əsas görmürük
18:30, Bu gün
980 min manatı mənimsəməkdə təqsirləndirilirdi - ölkədən qaçdı
18:28, Bu gün
Güclü maqnit qasırğası başlayıb – XƏBƏRDARLIQ
18:25, Bu gün
Bakının bu ərazisində işıq olmayacaq
18:22, Bu gün
FHN COP29-la bağlı monitorinqlər həyata keçirir
18:20, Bu gün
Braziliya prezidenti Bakıya da gələ bilməyəcək
18:17, Bu gün
Dövlət Komitəsinin sədri Füzulidə vətəndaşları qəbul edib - FOTOLAR
18:12, Bu gün
Bakı-Laçın-Bakı avtobusunun hərəkət istiqaməti dəyişdirilir
18:07, Bu gün
Deputatlar Özbəkistanda mətbuat konfrasında iştirak ediblər - FOTOLAR
18:05, Bu gün
Paşinyanın baş tutmayan arzusu: - Gürcüstandakı seçki kimlərin xəyallarını puç etdi?
18:02, Bu gün
“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir - FOTOLAR
18:00, Bu gün
Bu sıyıq yağları yandırır, tərkibində unikal bir maddə var
17:58, Bu gün
Lənkəranda BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin xatirəsinə həsr olunmuş tədbir keçirilib - FOTO
17:54, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:50, Bu gün
Bir qrup media nümayəndəsi Ağdam Sənaye Parkında həyata keçirilən işlərlə tanış olub - FOTO
17:48, Bu gün
“Onlar revanşa hazırlaşır” - XƏBƏRDARLIQ!
17:44, Bu gün
Şəkinin görkəminə xələl gətirən sahibkar həbs edildi
17:41, Bu gün
Portuqaliya - Azərbaycan oyununun hakimləri açıqlandı
17:38, Bu gün
Bakıda aktyor və arvadının öldürülməsinin səbəbi bilindi: 50 min borc veriblərmiş...
17:34, Bu gün
Rafael İsgəndərov qadınlardan üzr istədi - VİDEO
17:30, Bu gün
Sabunçu tunelini tikən şirkətdən açıqlama: "Dramatikləşdirməyə ehtiyac yoxdur"
17:25, Bu gün
Bakıda binanın balkonu uçdu
17:20, Bu gün
"Bu, rusiyalıların  deyil, Putinin müharibəsidir" - Yuliya Navalnaya
17:15, Bu gün
Qonşu dövlət yeni müharibəyə hazırlaşır? - ABŞ, Qərb ölkələri, iri güclər İsrail tərəfindən döyüşəcək
17:14, Bu gün
"Turan Tovuz"un qələbəsinin arxasında Kurban Berdıyevin inancları dayanır? - AÇIQLAMA
17:10, Bu gün
Azərbaycan hindistanlı rejissor və prodüserlər üçün "İlin çəkiliş məkanı" seçildi - FOTO
17:05, Bu gün
Azərbaycanda qaz və işıq limiti LƏĞV OLUNACAQ? - AÇIQLAMA
17:01, Bu gün
Zakir Həsənov pakistanlı generalla görüşdü - VİDEO
16:59, Bu gün
Avropada qazın qiyməti qalxır - Azərbaycanı nə gözləyir?
16:58, Bu gün
Bakıda eyni vaxtda leysan və günəşli havaya - SƏBƏB NƏDİR?
16:54, Bu gün
“Əgər Bakıda belə bir hadisə “GOP-29” zamanı da baş verərsə, onda...”
16:53, Bu gün
"Mançester Yunayted" Erik ten Haqla yolları ayırdı - RƏSMİ
16:48, Bu gün
Qəzada ölən Ramalla bağlı ürəkparçalayan detal - Son paylaşımı üzə çıxdı - VİDEO
16:44, Bu gün
Metroda nə baş verir? - Nəqliyyat ekspertindən SƏRT REAKSİYA
16:39, Bu gün
UNEC İnnovasiya Həftəsi uğurla başa çatdı - FOTOLAR
16:35, Bu gün
Bakının bu küçəsində velosiped zolaqları çəkildi - FOTO
16:31, Bu gün
Azad olunan ərazilərdə nə qədər mina aşkar edilib?
16:28, Bu gün
Sumqayıtda ustanı elektrik cərəyanı vurdu
16:25, Bu gün
Bərdə terroru qurbanlarının xatirəsi yad edilib - FOTOLAR
16:22, Bu gün
Tanınmış azərbaycanlı xanımın həyat yoldaşı İSLAM DİNİNİ QƏBUL ETDİ- FOTOLAR+ VİDEO 
16:20, Bu gün
Macarıstanın Mathias Corvinus Collegium Universitetinin nümayəndə heyəti BDU-da - FOTO
16:16, Bu gün
Uğurlu əməkdaşlıq əlaqələri...
16:12, Bu gün
Bakıda DƏHŞƏT: məktəblinin asılmış meyiti tapıldı
16:08, Bu gün
Ermənistan Bərdədə törətdiyi terroru araşdırmaqla sülhə töhfə verə bilər - ŞƏRH + FOTO
16:06, Bu gün
"Mənim yəhudilərlə heç bir problemim yoxdur" - Mahmud Abbas
16:03, Bu gün
Həmin ailə cinayəti barədə dəhşətli FAKT... - FOTO
16:01, Bu gün
İsrail-İran müharibəsinin talehi belə HƏLL OLUNACAQ
15:58, Bu gün
Hindistanlı iş adamı sevimli itinə milyonlarla dollar miras qoydu - FOTO
15:54, Bu gün
Bakıda ən çox buranı su basır – Meriya bu qurumu QINADI: “Onlar məsuliyyət daşıyır”
15:50, Bu gün
Heydər Əliyevin təriflədiyi qazax kəşfiyyatçı: Onun hərbi hissəsi erməniləri Kürdəmir yoluna buraxmayıb - FOTO
15:46, Bu gün
“Videolara baxıb deyirəm ki, bu mən deyiləm” - VİDEO
15:42, Bu gün
COP29: Bakı iqlim konfransında yeni maliyyə hədəfini müəyyənləşdirmək mümkün olacaqmı? - TƏHLİL
15:38, Bu gün
"WhatsApp"a yeni funksiya gəldi: Artıq telefona ehtiyacınız yoxdur
15:35, Bu gün
Lənkərandakı tarixi qala bərpa ediləcək
15:31, Bu gün
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
15:27, Bu gün
"Hər şeyi atıb gedə bilərdim, məni xilas etdilər" - Xalq artisti
15:23, Bu gün
Elektromobillərlə bağlı DƏHŞƏTLİ FAKT – Həqiqətən belədirsə...
15:19, Bu gün
Azərbaycanda bu şəxslər daha çox PENSİYA alacaqlar - ŞAD XƏBƏR!
15:14, Bu gün
“Bizi ürəyin içində göstərsəydilər, nə edərdin?” - VİDEO
15:08, Bu gün
“Gürcüstanı qarışdırmağa çalışan Qərb daha da aqressivləşəcək” – Qonşu ölkədə “rəngli inqilab” BAŞLAYIR?
15:03, Bu gün
Azərbaycanın beynəlxalq təsisatlarla əlaqələri keyfiyyətcə yeni müstəviyə keçir
14:58, Bu gün
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL
14:54, Bu gün
“Azərişıq” paytaxtda və regionlarda enerjidoldurma məntəqələri quraşdırır - VİDEO
14:48, Bu gün
Azərbaycanda ŞOK olay: Əməkdar məşqçi üç qız tələbəsiylə min oyundan çıxdı.. – TƏFƏRRÜAT
14:42, Bu gün
Ermənistanla əlaqələr belə qurulur: Kazanda razılaşdırılıb ki... - Detallar
14:37, Bu gün
İsa Həbibbəyliyə yeni vəzifə verildi
14:33, Bu gün
Limonla təzyiqi salmaq OLMUR
14:29, Bu gün
Xanəndənin anası oğlu üçün göz yaşı tökdü - VİDEO
14:25, Bu gün
Manaf Ağayev: "Xalq artistinin dəfninə gələn olmadı" - VİDEO
14:19, Bu gün
2 ay sonra həyatı dəyişəcək bürclər AÇIQLANDI
14:14, Bu gün
Emil Nəsirli Rusiya Təbiət Elmləri Akademiyasının akademiki seçilib - FOTO
14:08, Bu gün
"Rusiya Ukraynaya qarşı müharibəni hələ bir neçə il davam etdirə bilər" - "The Washington Post"
14:03, Bu gün
Azərbaycanda namus üstündə qətl - Qəbiristanlığa aparıb bıçaqladı - FOTO
13:58, Bu gün
Sabah da Bakıya yağış yağacaq - PROQNOZ
13:55, Bu gün
Şahbaz Şərif Azərbaycana gələcək
13:52, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
13:48, Bu gün
Dəhliz bu cür açılır: Bakı və İrəvan belə razılaşacaq - Detallar açıqlandı
13:44, Bu gün
“Bizi Bəxtiyar Vahabzadə xilas etdi” - VİDEO
13:40, Bu gün
Biləsuvarda baş verən qətllə bağlı RƏSMİ AÇIQLAMA
GÜNLÜK
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
00:50, Bu gün
"Ölümsüzlük bitkisi": Əzvay təbii sağlamlıq eliksiridir...
27 Oct 2024 | 22:13
“Toylarda aşığı atıb-tuturlar, çiyinlərinə götürürlər, bu saza hörmətsizlikdir”-Aşıq Ələsgərin nəticəsindən ETİRAZ-FOTO+ÖZƏL
27 Oct 2024 | 21:48
Türkiyədə zəlzələ oldu
27 Oct 2024 | 22:12
Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib
09:08, Bu gün
Toyda bəy gəlini "İSTƏMİRƏM" dedi: Sevdiyi qızı göstərib, qarşısına getdi - DAVA DÜŞDÜ + VİDEO
27 Oct 2024 | 21:42
"Netanyahu hərbi cinayətkar və sionizmin övladıdır" -"Compact"
27 Oct 2024 | 21:50
Su kanalından çıxarılan maral Şahdağ Milli Parkında nəzarət altındadır
27 Oct 2024 | 22:52
Rusiyada AN-2 təyyarəsi qəza enişi edib, xəsarət alanlar var
27 Oct 2024 | 22:13
Saakaşvili müxalifəti etirazlara çağırıb
HƏFTƏLİK
22 Oct 2024 | 22:58
"Xəstəliyimi bilsəydilər çox üzülərdilər, bilməsələr yaxşıdı" - VİDEO
23 Oct 2024 | 11:38
“Deyirlər ki, siz şikayət edin, biz 20-30 min verib susdurarıq”- Tağı İbrahimova məxsus “Qlobal SF” MMC-dən ŞİKAYƏT-FOTO
23 Oct 2024 | 00:01
İsrail alimləri xərçəngin metastazlarını dayandıran preparat icad edib
23 Oct 2024 | 10:58
Ermənistan parlamenti Azərbaycanla sərhədlərin demarkasiyası komissiyalarının əsasnaməsini ratifikasiya etdi...
23 Oct 2024 | 14:11
"Putin BRICS sammitində Ukraynada hərbi səylərini gücləndirmək üçün mexanizm yaratmaq istəyir" - ISW
21 Oct 2024 | 23:00
Altıncı hissi olan bürclər - Onlardan heç nəyi gizlədə bilməzsiz...
24 Oct 2024 | 17:05
İlham Əliyevlə Paşinyan bu məsələləri müzakirə ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Oct 2024 | 16:27
İlham Əliyev XVI BRİCS Sammitinin ilk plenar iclasında çıxış etdi - YENİLƏNİB + FOTO
23 Oct 2024 | 15:26
"Putinin BRICS sammiti Rusiyanın təcridi ilə bağlı Qərbin yalanını ifşa edib" - "The Telegraph"
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
AYLIQ
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
00:50, Bu gün
"Ölümsüzlük bitkisi": Əzvay təbii sağlamlıq eliksiridir...
27 Oct 2024 | 22:13
“Toylarda aşığı atıb-tuturlar, çiyinlərinə götürürlər, bu saza hörmətsizlikdir”-Aşıq Ələsgərin nəticəsindən ETİRAZ-FOTO+ÖZƏL
27 Oct 2024 | 21:48
Türkiyədə zəlzələ oldu
27 Oct 2024 | 22:12
Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib
09:08, Bu gün
Toyda bəy gəlini "İSTƏMİRƏM" dedi: Sevdiyi qızı göstərib, qarşısına getdi - DAVA DÜŞDÜ + VİDEO
27 Oct 2024 | 21:42
"Netanyahu hərbi cinayətkar və sionizmin övladıdır" -"Compact"
27 Oct 2024 | 21:50
Su kanalından çıxarılan maral Şahdağ Milli Parkında nəzarət altındadır
27 Oct 2024 | 22:52
Rusiyada AN-2 təyyarəsi qəza enişi edib, xəsarət alanlar var
27 Oct 2024 | 22:13
Saakaşvili müxalifəti etirazlara çağırıb