4310
16 Apr 2023 | 13:15

"Daha ziyalılarımızdan belə şeylər heç uman da yoxdur, onlar da papağını yan qoyub gəzir..."

Dünən Sürixdən havaya qalxdıq. İstanbul üzərindən Bakıya uçduq. Təsadüfən qocaman yazıçımız Anarla eyni təyyarədə vətənə döndük. Anarla bağlı xatirələrim çoxdur. Ondan dəfələrlə müsahibə götürmüşəm...
Bir dəfə isə... 2003-cü ilin oktyabrında Azərbaycanda prezident seçkiləri keçirildi. Mərkəzi Seçki Komissiyası o vaxt Baş nazir olan İlham Əliyevin 76.84%  səslə prezident seçildiyini elan etdi. Müsavat Partiyasının lideri İsa Qəmbərin tərəfdarları seçkinin nəticələrinə etiraz olaraq küçələrə axışdı. Xeyli adam həbs olundu. 
Azərbaycan ziyalıları, o cümlədən Anar kütləvi həbsləri sükutla qarşıladı. Əvvəllər ziyalılar belə şeylərə məhdud çərçivədə də olsa etiraz edərdilər. Bu dəfə isə belə olmadı. Ziyalılar sükuta qərq olmuşdu...
Bununla bağlı bir köşə yazısı qələmə aldım. Bəxtiyar Vəhabzadəni, Anarı, Əkrəm Əylislini həbs olunanların müdafiəsinə səslədim. Yazıda ağzına su almış ziyalılara yönəlik ittiham xarakterli kəskin ifadələr də yer almışdı. 
1-2 gün sonra Anar müəllim mətbuatda həmin yazıya cavab verdi. Məsələ geniş rezonans doğurdu...
Anar müəllimi görəndə 20 il əvvəl başıma gələnlər yaddaşımda təzələndi...
İndi yaxşıdır. Daha ziyalılarımızdan belə şeylər heç uman da yoxdur. Onlar da papağını yan qoyub gəzir...
 
Elbəyi Həsənli, Sürixdə yaşayan tanınmış jurnalist
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər