Ədəbiyyatımızın Vüqar Əhməd səhifələri - Nəsiman Yaqublunun yazısı
Cəmiyyət
6212
14 Apr 2023 | 12:25

Ədəbiyyatımızın Vüqar Əhməd səhifələri - Nəsiman Yaqublunun yazısı

Görkəmli ziyalı Vüqar Əhmədin 60 illik yubileyi haqqında yazmaq  çətinliyim olmadı.Adətən yubiley yazılarını hazırlamaq müəyyən problemlər üzə çıxarır.Məlum olur ki, “obyekt” dərinliklərə varmağa imkanlar vermir.Ancaq Vüqar bəy haqqındakı bu yazımı başlayarkən necə sona çatdırdığımı hiss etmədim.Çünki o qədər faktlar, sənədlər bolluğu və yaşanmış zəngin ömür səhifələri ilə qarşılaşdım ki...Və düşündüm ki, Vüqar bəyin yaradıcılığının bu möhtəşəmliyi yalnız onun savadı, İstedadı ilə bağlı deyil, bu həm də yaradıcı bir insanın narahatçılıq çırpıntılarıdır.
 
Bu fikri onunla əsaslandırıram ki, Vüqar bəy bütün gücünü və enerjisini poeziyayay da həsr edib dayana bilərdi, elmi araşdırmalara da, nəsr nümunələri yazmağa da, publisistikaya da.Bəs nə üçün biz onu bu sahələrin hər birində fəallıq göstərən yaradıcı şəxs kimi görürürük? Bu hər şeydən əvvəl onun Azərbaycan tarixində, mətbuatında, ədəbiyyatında olan boşluğu aradan qaldırmaq cəhdi ilə bağlıdır.
 
Diqqət edək, görək 500-dən çox  şerin,  musiqinin müəllifi olan Vüqar bəy bəs necə olur ki,  Ş.M.Xiyabani ,S.Pişəvəri haqqında geniş araşdırmalar aparır?Böyük ustad şair Şəhriyarın fars dilindəki yaradıçılığından nümunələri Azərbaycan türkcəsinə çevirir? Onun araşdırmalarında uşaq ədəbiyyatı nümunələri, Cənubi Azərbaycan ədbiyyatının seçmələri xüsusi yer tutur.
 
Bir qədər sonra biz onun maraqlı nəsr nümunəsi olan və böyük şəxsiyyət M.Ə.Rəsulzadəyə həsr edilmiş “Son nəfəsədək Azərbaycan” romanı ilə tanış oluruq.Qeyd edim ki, M.Ə.Rəsulzadə haqqında bu elə geniş nəsr nümunəsidir ədəbiyyatımızda.Əlavə edim ki, M.Ə.Rəsulzadə haqqında ilk pyesin müəllifi tanınmış ziyalı Teyyub Qurban olub.
 
Vüqar bəyin  son araşdırmalarında böyük maarifpərvər insanımız olan Zeynalabdin Tağıyev haqqında yazdığı “Xeyirxahlıq mücəssəməsi” kitabı xüsusi önəm daşıyır.Əslində bu kitabı “H.Z.Tağıyev ensiklopediyası” da adlandırmaq mümkündür.Kitabdakı bu qədər zəngin faktları və informasiyanı araşdırıb, toplayıb oxucuya təqdim etmək böyük zəhmətin və istedadın göstəricisidir.
 
Vüqar bəyin bu müxtəlif sahələrdəki araşdırmalarının yalnız bir səbəbini göstərmək mümkündür:Azərbaycan ictimaiyyətini zəngin tariximizlə daha çox məlumatlandırmaq və bilgili etmək.Vüqar bəy   yazılarında bir məqama da üstünlük verir ki, bu çox vacibdir: Sovet rejimi dövründə şəxsiyyətlərimizə ziyanlı ideoloji yanaşmalrın aradan qaldırılması.Bu gün təəssüflər ki, bəzi alimlərimiz bu problemi hələ də elmi və bədii yaradıcılığında həll edə bilməyib.Odur ki, Vüqar bəyin təqdimatındakı  M.Ə.Rəsulzadə, H.Z.Tağıyev və digərləri  bizə doğmadır və biz onun kitablarını həvəslə oxuyuruq.
 
Vüqar bəy dəyərli bir ziyalıdır.Başqa dostlarının da uğrlarına, yaradıcı əsərlərinə çox diqqətlə yanaşır və məmnunluğunu bildirir.
 
Vüqar bəyin 60 illik yubileyini təbrik edir və ona yeni yaradıcılıq uğurları arzulayıram.
 
Nəsiman Yaqublu
Link kopyalandı!
Son xəbərlər