Energetika Nazirliyi I rübdə telefonla 1 000-dən çox müraciət qəbul edib
Cəmiyyət
3721
10 Apr 2023 | 10:38

Energetika Nazirliyi I rübdə telefonla 1 000-dən çox müraciət qəbul edib

Bu ilin I rübündə Energetika Nazirliyi “Çağrı Mərkəzi” (974) və “Qaynar xətt”i (012-598-16-55) vasitəsilə 1 071 zəng qəbul edib.

Bunun 969-nu elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 45-ni təşəkkür, 57-ni isə digər məsələlərlə bağlı müraciətlər təşkil edib.

Bütün zənglər operativ cavablandırılıb, araşdırma tələb edən müraciətlər nazirliyin müvafiq struktur bölmələrinə və tabeli qurumlarına yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Link kopyalandı!
Son xəbərlər