Bizi sosial şəbəkələrdən izləyin:
UNEC-də ELMİN POPULYARLAŞIDIRILMASI MƏRKƏZİ YARADILIB
UNEC rektoru professor Ədalət Muradovun müvafiq əmri ilə həmin Mərkəzə sədr təyin olunmuşam.
Belə bir vacib mərkəzin yaradılmasına görə professor Ədalət Muradova təşəkkür edirəm. Məqsəd elmi nəaliyyətlərin anlaşılmasının əhatə dairəsini genişləndirmək, uşaqlarda və tələbələrdə elmə marağı gücləndirməkdir.
Qədim dövrlərdən indiyə qədər cəmiyyətlərin elmə münasibətləri fərqli olub. Hələ Antik dövrdə Aristotelin yazdığı "Fizika", "Astronomiya", "Siyasət" və "Estetika" əsərləri Yunanıstanın bütün savadlı adamları üçün başa düşülən idi. Bunu yunan təhsilinin mükəmməliyi ilə bağlayırlar.
Nyutonun "Natural fəlsəfənin riyazi başlanğıcı" əsəri bütün fiziklər üçün ən marqlı kitab olub. Ancaq geniş oxucu kütləsi üçün mürəkkəbdir. Nyutonun özü belə hərəkət və qravitasiyanı geniş oxucalara başa salmaq imkanında deyildi. Onun əsəri o qədər vacib idi ki, Volter onu götürüb fransız cəmiyyətinə başa saldı və fransız dilnə tərcüməsini təşkil etdi. Böyük fizik, Nobel mükafatı laureatı Stiven Vaynberq özünün “Birinci 3 dəqiqə” kitabı haqqında yazır: "Bu kitabda kifayət qədər maraqlı mətnlər var. Ancaq formul yoxdur. Kitaba əlavədə mən o riyazi incəlilkəri vermişəm ki, bunu orta məktəb şagirdləri də başa düşsünlər." Vaynberq haqlı olaraq yazır ki, Elmi –populyar mətnlərin polemika stili İslam elmində dünyaya gəlib. Burda əsas diqqət elmi dəyərin islama olan münasibətindən gedirdi.
Diqqətlə izləsəniz, görərsiniz ki, həyatda olan bütün Nobel mükafatı laureatları və görkəmli alimlər elmin populyarlaşdırılması ilə məşğuldurlar. Məqsəd elmə olan marağı artırmaqdır. Azərbaycanda Elmin Populyarlaşdırılması Mərkəzinin yaradılması təqdirəlayiqdir.
Mərkəz dəyərli alimlərimizlə bu sahənin inkişafı üçün əməkdaşlıq edəcək. Bütün elm sahələri üzrə sanballı ədəbiyyatların tərcüməsini təşkil edəcək. Mərkəzdə diskussiyalar və elmi disputlar təşkil olunacaq. Xaricdə yaşayan azərbaycanlı və türk alimlərlə sıx əməkdaşlıq quracağıq.
P.S. Fizika üzrə Nobel mükafatı laureatı Stiven Vaynberq "Müasir elmin mənbələri" kitabı ilə fizika elmini mükəmməl şəkildə populyarlaşdırıb. Həmin kitabı oxumasaydım, bilməzdim ki, Kopernik "hiliosentrik sistem" ideyasını "Tusi cütlüyü"ndən oğurlayıb.
Etibar Əliyev, millət vəkili