Cəmiyyət
3094
31 Mar 2023 | 17:22

"Azəriqaz" İB Ucar olayına münasibət bildirdi 

"İ.Məmmədovun qanunsuz əməlləri ilə bağlı Ağsu RQİİ-nin Ucar XS tərəfindən “İşçilərin kollektiv surətdə əmək qanunvericiliyini pozması və bu halların qarşısının alınması haqqında” 29.03.2023-cü il tarixdə Ucar Rayon Polis Şöbəsinə məktubla müraciət olunub".
 
Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalar Birliyinin açıqlamasında qeyd olunur.
 
"Ucar RPŞ tərəfindən İ.Məmmədov saxlanılaraq barəsində araşdırma aparılıb və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (AR İXM) 206 (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi), 510 (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə inzibati icraat başlanıb. Ucar RPŞ tərəfindən 30.03.2023-cü il tarixdə qeyd olunan maddələr üzrə tərtib edilmiş inzibati protokol baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilib.
 
Ucar Rayon Məhkəməsi tərəfindən İ.Məmmədov AR İXM-nin yuxarıda qeyd olunan maddələri üzrə təqsirli hesab olunub, hakimin inzibati xəta haqqında iş üzrə 30 mart 2023-cü il tarixli qərarına görə 1 (bir) ay müddətində inzibati qaydada həbs və həbsdən sonra ixtisaslaşdırılmış tibbi müəssisəyə təhvil verilməklə narkomaniyadan məcburi müalicə təyin edilib.
 
Məsələnin bura qədər gəlib çatmasını, narkotik maddə alüdəçisi olduğunu etiraf edən birinin sosial şəbəkələrdə az qala qəhrəmana çevirilməsi cəhdlərini təəssüf hissi ilə qarşılayır və hər kəsi bir-birinə münasibətdə qarşılıqlı etimada səsləyirik", - deyə məlumatda bildirilib.
 
Link kopyalandı!
Son xəbərlər