Həyat çəkib çox sınağa, gah alqışa, gah qınağa, dönüb sözü nur, çırağa...
5086
29 Mar 2023 | 17:07

Həyat çəkib çox sınağa, gah alqışa, gah qınağa, dönüb sözü nur, çırağa...

Poetik dünyası ədəbiyyatımızın poeziya üfüqlərini şəfəqləndirən ədiblərimizdən olan tanınmış şair, idrak işığı gur əbiyyatşünas,  filologiya elmləri doktoru, professor,  dostum Vüqar Əhmədi  ömür təqviminin 60 illiyi münasibətilə könül ziyarəti məqaminda  ithaf çələngimlə qutlayıram. ​
      ​
Fəxrlə  qeyd edim ki, neçə-neçə mükafat və təltiflərə  layiq görülmüş Vüqar Əhməd AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri,  Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının və Özbəkistan Respublikası " Turan" Elmlər Akademiyasının akademiki, Beynəlxalq Elm və İncəsənət Akademiyasının müxbir üzvü,"" Türk Dünyasına  Hizmət" Beynəlxalq Qızıl( Altun) Medal laureatı, Turanın Xalq Şairi, Beynəlxalq Elmlər Akademiyasının akademiki,  AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun ixtisaslaşmış  fəlsəfə və elmlər doktorluğu üzrə Müdafiə Şurasının üzvü, 45 kitab, 500 nəğmə müəllifi, Azərbaycan Yazıçılar Birliyinin, Beynəlxalq Yazıçılar və Turan Beynəlxalq   Yazıçılar Birliklərinin, Rusiya Dərbənd Ədəbiyyatçılar Birliyinin üzvüdür.
 
Sözü süzüb  zilə, bəmə,
Sinə üstə qoyur dəmə...
Şəfəq dolu şeir-nəğmə,
Altmış çağda Vüqar Əhməd!
 
Sevdalıdır yurd-torpağa,
Zəfər yollu al bayrağa.
Şeir qoşub türk-ocağa,
Aran-dağda Vüqar Əhməd!
 
Gülüstandı söz dünyası,
Dürlü-dürlü  rəng, boyası...
Bu dünyanın öz  aynası                            
Qara-ağda, Vüqar Əhməd!
 
Alqış olsun kamalına,
Misralanan kəlamına. 
Könül verib tar-kamana
Pirşağıda Vüqar Əhməd!
 
Həyat çəkib çox sınağa -
Gah alqışa, gah qınağa...
Dönüb sözü nur, çırağa,
Xoş soraqda Vüqar Əhməd!
 
 Tapdıq ƏLİBƏYLİ
 şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin,
TAİB-in İdarə Heyətinin üzvü
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər