Həbsdə vəfat edən sabiq icra başçısının cinayət işindən yeni XƏBƏR VAR
3318
23 Feb 2022 | 10:25

Həbsdə vəfat edən sabiq icra başçısının cinayət işindən yeni XƏBƏR VAR

Ağstafa rayonunun həbsdə vəfat edən sabiq icra başçısı Nizaməddin Quliyevin cinayət işi üzrə verilən apellyasiya şikayətinə baxılıb.

Bizim.Media xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə hüquqi varis kimi sabiq icra başçısının qardaşı Cəlaləddin Quliyev iştirak edib.

Məhkəmədə qərar qəbul edilib. Qərara əsasən, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Nizaməddin Quliyev 9 il, onun müavini olmuş Ramiz Tatarov isə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi.
Xatırladaq ki, Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidməti ( DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunmuşdu (apa).

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər