Bizi sosial şəbəkələrdən izləyin:
İki gün öncə Mingəçevirdə kanalda batan iki azyaşlı uşaq barədə
Moderator.az-a məlumat daxil olub.
Bildirilir ki, batan uşaqların valideynləri və qohumları axtarışların səthi aparıldığından və məsələyə biganə yanaşılmasından şikayətçidirlər.
Mingəçevir ərazisindən keçən Qarabağ kanalında batan 2001 və 2003 təvəllüdlü Ömər Novruzov və Toğrul Novruzovun ataları Hikmət Novruzov saytın bölgə müxbirinə uşaqlarının axtarışınına müvafiq qurumların laqeyd yanaşmasına etiraz edib:
"Dəfələrlə müraciət edilməsinə baxmayaraq yalnız iki nəfər dalğıcın ümidinə qalıb bu məsələ. Heç bir əlavə qüvvə və texniki avadanlıqlar cəlb edilməyib. Biz anlaya bilmirik ki, Fövqəladə Hallar Nazirliyinin ixtiyarında bu qədər insan resursları və texniki avadanlıqlar olduğu halda niyə bu cür ləng işləyirlər."
Hikmət Novruzov fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edərək məsələni şəxsi nəzarətinə götürməsini də xahiş edib.