Payızda doğulanlar uzunömürlü olur
Cəmiyyət
2366
13 Nov 2014 | 18:25

Payızda doğulanlar uzunömürlü olur

Elm adamları payızda dünyaya gələnlərin yayda doğulanlara görə daha uzun yaşadığını və yaşlananda az xəstələndiklərini müəyyən edib.

 
Moderator.az  ailem.az-a istinadən xəbər verir ki, alman alimlərinin bu araşdırması 1 milyondan çox insanın iştirakı ilə həyata keçirilib. Nəticədə doğuş ayının ortalama ömür uzunluğu ilə əlaqəli olduğu ortaya çıxıb.
 
Mövsümlə əlaqəli hamiləlik zamanı ananın nə yedikləri, ilin dəyişik zamanlarında ortaya çıxan xəstəliklərin yeni doğulan körpənin sağlığında və yaşlılıqda ortalama ömrə təsir etdiyi bildirilib. Yay ayında doğan ana az vitamin aldığı qışın son dövründə hamiləlik keçirir.
 
Əmizdirməyi buraxıb normal qidalandırmağa başladığında havalar isti olduğundan körpənin həzm sistemi problemləri olur. Buna görə payızda doğulanlar daha kök olurlar.
 
Araşdırmaya əsasən, payızda doğulanların yayda doğulanlara görə 4 ya 7 ay daha uzun yaşadığı bildirilib. 
Link kopyalandı!
Son xəbərlər