Düşməndə 11-i qaldı -  FOTO
Cəmiyyət
2457
12 Nov 2014 | 22:36

Düşməndə 11-i qaldı - FOTO

Ermənistan ordusuna məxsus helikopterin Azərbaycanın işğal olunmuş ərazisində vurulması ilə bağlı millət vəkili Aydın Mirzəzadə maraqlı məlumat paylaşıb.

Moderator.az -ın məlumatına görə, Aydın Mirzəzadə "Facebook" səhifəsində Mİ-24 helikopterinin şəklinin paylaşaraq bildirib ki, düşmən daha 11 belə helikopterə sahibdir: 

"Ermənistanın Azərbaycanın işğal edilmiş ərazisndə vurulan Mİ-24 helikopteri. İndi düşmən ölkənin silahlı qüvvələrində ondan 11 dənəsi qaldı".

Qeyd edək ki, bu gün Ermənistan Silahlı Qüvvələrinin 2 Mİ-24 helikopteri qoşunların təmas xəttində mövqelərimizi atəşə tutub. Milli Ordumuzun cavab atəşi nəticəsində düşmənin 1 helikopteri vurulub, o biri helikopter isə oradan uzaqlaşıb.

Link kopyalandı!
Son xəbərlər