Bu ayın müavinət, təqaüd və ünvanlı yardımları ödənilib - Nazirlik
3569
17 Mar 2023 | 17:05

Bu ayın müavinət, təqaüd və ünvanlı yardımları ödənilib - Nazirlik

Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Novruz bayramı ilə əlaqədar mart ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da qrafikdən əvvəl olmaqla bu gün tam ödənilib.
 
Bu barədə Moderator.az-a Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyindən bildirilib.
 
Qeyd edilib ki, bundan əvvəl martın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, martın 15-də ölkənin digər bölgələri üzrə, habelə qulluq stajına görə əlavələr alan pensiyaçıların mart ayının pensiya ödənişləri həyata keçirilib.
 
Beləliklə, mart ayının bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi bayram ərəfəsində yekunlaşıb.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər