TƏBİB-dən yeni TƏYİNATLAR
Cəmiyyət
3800
17 Mar 2023 | 12:52

TƏBİB-dən yeni TƏYİNATLAR

Azərbaycanda bir sıra tibb müəssisələrinə yeni direktorlar təyin edilib.
 
Bu arədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
 
Bildirilib ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmrlər imzalayıb.
 
Əmrlərə əsasən, TƏBİB-in tabeliyindəki bir sıra tibb müəssisələrinə yeni direktorlar təyin olunub.
Nizami Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-terapevt Eldar Abbasov,  Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsinə həkim-oftalmoloq Aybəniz Saniyeva, Şabran Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə həkim-radioloq Səxavət Cəbrayılov, Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə həkim-uroloq Samir Allahverdiyev təyin olunublar. Onların hər biri səhiyyə idarəetməsində uzun müddət təcrübəsi olan tanınmış mütəxəssislərdir. 
 
Qeyd edək ki, ötən gün Vüqar Qurbanov TƏBİB-də yeni təyinat alan direktorları qəbul edib. 
 
Link kopyalandı!
Son xəbərlər