Gəncə Şəhər Psixiatriya Xəstəxanasına baş həkim TƏYİN EDİLDİ
397
30 Mar 2026 | 15:18

Gəncə Şəhər Psixiatriya Xəstəxanasına baş həkim TƏYİN EDİLDİ

Səhiyyə Nazirliyinin nəzdində Gəncə Şəhər Psixiatriya Xəstəxanasına yeni baş həkim təyin olunub.  

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, müvafiq əmrlə Zeynal Məmmədov sözügedən qurumun baş həkimi vəzifəsinə gətirilib.

O, bunadək Maştağa Psixiatriya Xəstəxanasında həkim olub.

Məlumat üçün bildirək ki, dekabr ayında Yaqut İlyasova, yanvar ayında isə həkim-psixiatr Sultanə Salmanova bu xəstəxanaya baş həkim əvəzi olaraq təyinat almışdı.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər