Bakının mərkəzində yeni təmir olunan yol ÇÖKDÜ – VİDEO
405
26 Mar 2026 | 15:20

Bakının mərkəzində yeni təmir olunan yol ÇÖKDÜ – VİDEO

Paytaxtın Cəlil Məmmədquluzadə küçəsi ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində yolda çökmə baş verib.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, avtomobillərin intensiv hərəkət etdiyi ərazidə mövcud vəziyyət təhlükə yaradır.

Yolun çökmüş hissəsində su axıntısının olduğu müşahidə edilir.

Qeyd edək ki, yolun sözügedən hissəsinin yeni təmir olunduğu görünsə də, görülən işin keyfiyyəti ilə bağlı suallar yaranır.


Bizim.Media

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər