Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ
450
25 Mar 2026 | 12:20

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Bayram günlərində yemək çeşidinin bolluğu qidalanma rejiminin pozulmasına və nəticədə orqanizmin yüklənməsinə səbəb olur.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Məlumatda bir sıra tövsiyələr öz əksini tapıb:

- Bayram günlərində istehlak edilən qidaların uyğunluğuna diqqət yetirilməli,

- Süfrədə həddən artıq yağlı, şirin və ağır qidaların miqdarı nəzarətdə saxlanılmalı,

- Qızartma əvəzinə sobada və ya buxarda bişirilmiş balıq və ət yeməklərinin seçilməli,

- Kalorili sousların, xüsusilə mayonezin əvəzinə qatıq, kefir və ya xamadan hazırlanmış daha yüngül və faydalı souslardan istifadə edilməli,

- Qazlı və şəkərli içkilərdən mümkün qədər uzaq durmalı, onların əvəzinə su, ayran və ya təbii meyvə içkilərinə üstünlük verilməli,

- Yeməklər sakit, tələsmədən yeyilməli və yaxşı çeynənilməlidir.

Bayram günlərində qidalanma rejiminə diqqət yetirin ki, bayram günlərində sağlam qalasınız!

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər