Bizi sosial şəbəkələrdən izləyin:                                        
                                     
                                    
                                 
                                
                                    “Azərişıq” ASC Abşeron rayonunun Masazır qəsəbəsində, yeni massiv adlanan ərazidə yeni elektrik şəbəkəsi qurur.
 
                                            
                                            
                                            
                                            
Moderator.az xəbər verir ki, bu barədə “Azərişıq” məlumat yayıb.
 
Bildirilir ki, işlər çərçivəsində 1 kilometrdən çox 10 kV-luq, 4 kilometrə yaxın 0,4 kV-luq elektrik xətti çəkiləcək, müxtəlif güclərdə komplekt transformator məntəqələri quraşdırılacaq.
 
Bunlarla yanaşı, Qobu qəsəbəsi ərazisində yeni güc mərkəzləri yaradılıb, 5 kilometrə yaxın 0,4 kV-luq elektrik xətti çəkilib. Abşeron rayonunun Çaylı kəndində isə yenidənqurma işləri davam etdirilir.