Meksikanın 7 diplomatı ailə üzvləri ilə İrandan Azərbaycana gəldi -FOTO
785
09 Mar 2026 | 18:34

Meksikanın 7 diplomatı ailə üzvləri ilə İrandan Azərbaycana gəldi -FOTO

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə diplomatlarının və əcnəbi vətəndaşların təxliyəsi prosesi davam edir.

Bizim.Media  xəbər verir ki, Meksikadan olan 7 diplomat və onların ailə üzvləri sərhəd-keçid məntəqəsi vasitəsilə təxliyə olunublar. Onlar bütün zəruri prosedurlardan keçdikdən sonra sərhədi təhlükəsiz şəkildə keçərək Azərbaycan ərazisinə daxil olublar.
 

Qeyd edək ki, təxliyə prosesi müvafiq prosedur qaydalarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir.


Sərhəd-keçid məntəqəsində vətəndaşların rahat və təhlükəsiz keçidi üçün bütün zəruri şərait yaradılıb və proses gün ərzində mərhələli şəkildə davam etdirilir.






Bizim.Media

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər