06:42
11°C
Bakı
Ötən il keçirilmiş investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə 14,6 milyon manat investisiya qoyulub və birdəfəlik ödəniş qaydasında 8,56 milyon manat dövlət büdcəsinə köçürülüb.
Bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
Nazir qeyd edib ki, müqavilə öhdəliklərinin icrası başa çatmış müəssisələrdə 400-ə yaxın iş yeri yaradılıb.