Sahibkar mağazasında ÖLÜ TAPILDI
908
02 Mar 2026 | 23:04

Sahibkar mağazasında ÖLÜ TAPILDI

Abşeronda mağazadan meyit tapılıb.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Novxanı kəndində qeydə alınıb.
 

Kənd sakini, 1962-ci il təvəllüdlü İsrail Əli oğlu Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti özünə məxsus mağazada aşkar edilib.


Ölümün səbəbi hələlik məlum deyil.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər