Nazir müavini: Birdən-birə bələdiyyələrə böyük səlahiyyətlərin verilməsi yanlış olar
3728
15 Feb 2023 | 11:53

Nazir müavini: Birdən-birə bələdiyyələrə böyük səlahiyyətlərin verilməsi yanlış olar

“Bu gün bələdiyyələr ilə bağlı müəyyən məsələlərlə qarşılaşırıq. Ən mühüm məsələ maliyyə resurslarını zəif olmasıdır”.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib.

Onun sözlərinə görə, qanunvericilikdə bununla bağlı imkanlar var, lakin bələdiyyələr imkanlardan düzgün istifadə edə bilmirlər:

“Maliyyə resurslarının zəif olmasının səbəblərindən biri bələdiyyə ərazilərindəki vergi obyektlərinin siyahısının olmasıdır. Bu siyahı olarsa, həmin obyektlərdən vergilər yığılar, bələdiyyələrin maliyyə imkanları yaxşılaşar. Həmçinin rayon miqyasında bütün torpaqlar icarəyə verilib. Həmin dövrün maliyyə vəziyyəti ilə indiki dövrün maliyyə vəziyyətini müqayisə etmək mümkün deyil. Digər tərəfdən, son illərdə xeyli irəliləyiş var. Əvvəl bələdiyyələrdə bir nəfər ali təhsilli əməkdaş tapmaq olmurdu. Hətta az sayda bələdiyyə sədrlərinin orta təhsildən də aşağı təhsil səviyyəsi olurdu. Hazırda demək olar ki, çox az sayda təhsili olmayan bələdiyyə üzvü tapılar. Birdən-birə bələdiyyələrə böyük səlahiyyətlərin verilməsi yanlış olar. Zamanla bunu həll etmək olar”.

Link kopyalandı!
Son xəbərlər