Bizi sosial şəbəkələrdən izləyin:
Qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara humanitar yardım aksiyasına Bərdə rayon İcra Hakimiyyəti də qoşulub.
Moderator.az xəbər verir ki, fevralın 13-də rayon İcra Hakimiyyəti tərəfindən əsasən ərzaq, quru qida məhsulları və digər gündəlik tələbat mallarından ibarət humanitar yardım Gəncə şəhərində yerləşən Türk Konsulluğuna təhvil verilib.
Eyni zamanda sözügedən humanitar kampaniyada rayon əhalisi də fəal iştirak edir. Edilən yadımları qəbul etmək, çeşidləyib yola salmaq üçün rayon gənclərindən, könüllülərdən və qeyri-hökümət təşkilatları nümayəndələrindən ibarət qərargah yaradılıb.
İndiyədək rayon əhalisi tərəfindən türk soydaşlarımız üçün toplanan bir TIR həcmində humanitar yardım qardaş ölkəyə yola salınıb, bu gün - 13 fevral 2023-cü il tarixdə isə əsasən yataq, geyim əşyaları, generator, qızdırıcı və digər zəruri avadanlıqlar və quru qida məhsullarından ibarət olan daha bir TIR həcmində humanitar yardım Gəncə şəhərində təyin olunmuş məntəqəyə çatdırılıb. Bərdə əhalisinin türkiyəli soydaşlarımıza humanitar yardımı davam etməkdədir.