Bizi sosial şəbəkələrdən izləyin:
“Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ Azərbaycanın sığorta bazarında canlanma yaradıb. Daşınmaz əmlakın həm icbari, həm də ki, könüllü sığortasında hərəkətlənmə müşahidə olunur”.
Bunu Bizim.media-ya açıqlamasında sığorta üzrə ekspert İlkin İbrahimov deyib.
O bildirib ki, daşınmaz əmlakın sığortalanmasındakı artımın rəqəmlərlə ifadəsini demək üçün ayın sonunu gözləməliyik:
“Çünki, fevral ayının statistikasını Mərkəzi Bank martın ilk günlərində açıqlayacaq. Amma ilkin müşahidələr onu göstərir ki, fevralda əvvəlki aylarla müqayisədə əsaslı dinamikanı biz görə biləcəyik. Yəni narahatlıq keçirən bir çox əmlak sahibləri var-dövlətlərini sığorta etdirməyə başlayıblar”.