İlin ilk Günəş tutulması BAŞLADI
5479
17 Feb 2026 | 14:17

İlin ilk Günəş tutulması BAŞLADI

İlin ilk Günəş tutulması başlayıb və 18:27-də başa çatacaq.

Bu barədə Bizim.Media-ya Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Günəş tutulmasının maksimum fazası 16:12-yə təsadüf edəcək.

Bu tutulma əsasən Antarktida üzərindən müşahidə olunur.

Tutulmanın növü müşahidəçinin mövqeyindən asılı olduğuna görə Argentina, Madaqaskar, Cənubi Afrika Respublikası, Tanzaniya, Zimbabve, Namibiya, Seyşel adaları, Mozambik, Çili, Botsvana, Malavi, Zambiya, Cənubi Corciya və Cənubi Sendviç adaları, Mavriki, Reyunion, Lesoto və digər bir sıra ölkələrdə görünür.

Qeyd edək ki, Günəş tutulması zamanı Ay Günəşlə Yer arasına keçərək Günəşdən gələn şüaların Yerə çatmasının qarşısını alır. Nəticədə Yer səthinin müəyyən hissələrində Ayın kölgəsi yaranır və tutulma müşahidə olunur. Günəş tutulması yalnız yeni Ay fazasında baş verir.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər