Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi – CƏDVƏL
1665
10 Feb 2026 | 15:06

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi – CƏDVƏL

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə fevralın 15-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Bu barədə Bizim.Media-ya ADY-dən bildirilib.

Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.
Məlumata görə, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olacaq.

Sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.


Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər