Tərtərdəki “Açıq mikrofon” aksiyasında 11 müraciət ünvanlandı - FOTOLAR
4226
07 Feb 2023 | 17:18

Tərtərdəki “Açıq mikrofon” aksiyasında 11 müraciət ünvanlandı - FOTOLAR

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası Tərtər rayonunda baş tutub.
 
Moderator.az “Azəriqaz”a istinadən xəbər verir ki, “Səyyar qəbul otağı”nda ümumilikdə 11 müraciət ünvanlanıb.
 
Aksiya iştirakçılarından 1 nəfər qaz sayğacının yerinin dəyişdirilməsini istəyib. Digər müraciətlərə gəlincə, bunlar fərdi yaşayış evinin qazlaşdırılması, qapı keçidinin quraşdırılması və qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub.
 
Müraciətlərlə yanaşı, Birliyə operativ fəaliyyətinə görə təşəkkür ünvanlayan abonentlər də  qeydə alınıb. Görüşdə səslənən problem və təkliflərin SOCAR “Azəriqaz” İB-nin Tərtər RQİİ-nin rəhbər şəxsləri tərəfindən aidiyyəti üzrə yönləndiriləcəyi qeyd olunub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər