Bakıda həkim avtobusda dünyasını dəyişdi
449
27 Jan 2026 | 15:25

Bakıda həkim avtobusda dünyasını dəyişdi

Bakıda sərnişin marşrut avtobusunda vəfat edib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Hüseyn Cavid prospektində qeydə alınıb.

53 saylı xətt avtobusunda Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Məhyəddin Məhəmməd oğlu Aydəmirov qəfil vəfat edib.

Dərhal təcili tibbi yardım çağırılsa da, onun öldüyü müəyyən edilib.
İlkin məlumata görə, M.Aydəmirov infarktdan həyatını itirib.

Qeyd edək ki, vəfat edən şəxs cərrah olub. O, uzun illər Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı kimi işləyib.

Araşdırma aparılır.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər