Xudatda Azərbaycanın ən böyük aqroparkı inşa edilir - FOTO
3448
28 Jan 2023 | 16:50

Xudatda Azərbaycanın ən böyük aqroparkı inşa edilir - FOTO

Xaçmazın Xudat şəhərində böyük aqropark və logistik mərkəz inşa olunur. Logistik mərkəzdə iritutumlu soyuducu anbarlar və avtomobil parkı yerləşəcək.
 
Yeni salınan aqropark 17 hektar sahəni əhatə edir. İnşaat işləri bir neçə ölkənin iş adamlarının iştirakı ilə həyata keçirilir.
 
Anbarlarda fermerlərin meyvə və tərəvəz məhsulları saxlanılmaq üçün qəbul ediləcək və buradan dəmiryolu və avtomobil vasitəsi ilə Rusiya və digər ölkələrə daşınması təmin ediləcək.
 
Aqropark istifadəyə veriləndən sonra burada 300 nəfərin işlə təmin olunacağı deyilir. 
 
Hazırda tikinti işləri davam edir. Ölkə iqtisadiyyatına böyük səmərə və xeyir verəcək aqroparkın istifadəyə veriləcəyi tarix hələ ki, açıqlanmır. /bizim.media/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər