Salyanda ağır QƏZA: Sabiq baş həkim həyatını itirdi - FOTO
508
10 Jan 2026 | 00:11

Salyanda ağır QƏZA: Sabiq baş həkim həyatını itirdi - FOTO

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza rayonun Qırmızıkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, Salyan rayon sakini Yaşar Kərimovun idarə etdiyi minik avtomobili yaşadığı evin yaxınlığında nəzarətdən çıxaraq kanala aşıb. Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Məlumata görə, dünyasını dəyişən Yaşar Kərimov əvvəllər Salyan rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər