Cəmiyyət
3489
25 Jan 2023 | 12:46

"Tünzalənin arxasınca artıq danışmayın" - VİDEO

"Afaq Bəşirqızı təklif irəli sürdü ki, Tünzalə Əliyeva üçün fond yaradılsın. Bunun tamaşaçılara, xalqa aidiyyətı yoxdur. Fond incəsənət xadimləri üçündür. Yalnız incəsənət xadimləri, aktyor yoldaşları ora pul yatırsınlar ki, Zəhranın gələcəkdə zəmanəti olsun. Bu pulu böyüyəndə istəyər təhsilinə, istəsə də cehizinə xərcləsin. Biz sənət adamları birləşib bu fondu yaratmaq istəyirik".
 
Bu sözləri aktrisa Ülviyyə Əliyeva deyib. O, Xalq artisti Afaq Bəşirqızının mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra üçün fond yaradılması təklifinə aydınlıq gətirib:
 
"Tamaşaçılar sağlığında Tünzaləyə yetərincə dəstək olub: müalicəsində, ev almasında".
 
Ü.Əliyeva "Toppuş bacı"ya "sənətkar" deyilməsini tənqid edənlərə cavab verib:
 
"Tünzalə peşəkar aktrisa idi, İncəsənət Universitetinin dram, kino fakültəsini bitirib. Gəncə Kukla, Gəncə Dram Teatrında, Bakıda İrəvən Teatrında yetərincə çalışıb. Onun qiymətini Prezident verib və "Əməkdar artist" fəxri adına layiq görülüb. Kimsə onun yaradıcılığını izləməyibsə, yalnız hansısa verilişdə görübsə, ölünün arxasınca artıq danışmsın. O, tamaşaçının sevimlisi idi, belə də qalacaq. Onu nə qədər sevən var biz gördük. Üç mərasimində zalın yarısı tamaşaçılar idi. Vida və dəfn mərasiminə də nə qədər insan gəldi. Ona hörmətlə yanaşın. Hər sənət adamına bu cür hörmətlə dəfn, vida mərasimi qismət olmur". 
 

(axşam.az)
Link kopyalandı!
Son xəbərlər