SON DƏQİQƏ! Direktor müavinini işdən çıxardı — Kollektiv sevinir…
1126
06 Jan 2026 | 17:02

SON DƏQİQƏ! Direktor müavinini işdən çıxardı — Kollektiv sevinir…

"Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktor müavini Söhrab İsmayılov işdən çıxarılıb.

Bizim.Media “Demokrat.az”a istinadən xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoru Eldar Salahov müvafiq əmr imzalayıb.

Əmrə görə, Söhrab İsmayılov bu gün vəzifəsindən azad edilib.

Qeyd edək ki, Söhrab İsmayılov 2021-ci ildən Bakı Limanında müavin vəzifəsində çalışırdı.

O, limanın maliyyə, kadr siyasəti, SƏTƏM, nəqliyyat və sair sahələrinə cavabdeh idi. İşlədiyi müddət ərzində Söhrab İsmaylov çoxlu sayda intriqalar, xoşagəlməz əməlləri ilə yadda qalmışdır. Bu baxımdan onun işdən çıxarılması liman kollektivi tərəfindən sevinclə qarşılanıb.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər