ABŞ-də bir gündə iki atışma: Çox sayda yaralı var
Cəmiyyət
3692
23 Jan 2023 | 09:47

ABŞ-də bir gündə iki atışma: Çox sayda yaralı var

ABŞ-nin Luiziana ştatının Baton-Ruj şəhərindəki gecə klubunda atışma nəticəsində 12 nəfər yaralanıb.
 
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, iki müştəri qrupu arasında dava düşüb, bir neçə nəfər silah çıxarıb və atəş açmağa başlayıb.
 
12 yaralıdan üçü həyati təhlükəsi olan xəsarətlər alıb.
 
Polis atışmanı “məqsədli hücum” kimi qiymətləndirib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Həmin gün Luiziana ştatının Şrivport şəhərində də atışma olub. Polisin məlumatına görə, hadisə nəticəsində bir kişi, iki qadın və üç yaşlı uşaq xəsarət alıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər