Jurnalist Nailə Əkbərova VƏFAT etdi
647
02 Jan 2026 | 12:52

Jurnalist Nailə Əkbərova VƏFAT etdi

Telejurnalist, rejissor və aparıcı Nailə Əkbərova dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, 62 yaşlı Nailə Əkbərova uzun müddətdir xəstəlikdən əziyyət çəkib.

Xatırladaq ki, o, jurnalist fəaliyyətinə 1981-ci ildə AzTV-də başlayıb. 1997-2006-cı illərdə musiqi verilişləri baş redaksiyasında baş rejissor vəzifəsində işləyib.
 

Daha sonra, 2006-cı ildə “Space” telekanalında bir sıra televiziya layihələrinin rejissoru olub. 2009-cu ildən etibarən isə “TRT” telekanalında fəaliyyət göstərib.


N.Əkbərova eyni zamanda Azərbaycanda ilk klip yaradıcılarındandır.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər