Deputatlar tətilə çıxdı
385
30 Dec 2025 | 13:15

Deputatlar tətilə çıxdı

Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası keçirilib.

Bizim .Media xəbər verir ki, spiker Sahibə Qafarova sessiyanı bağlı elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qanunverici orqanın Daxili Nizamnaməsinə əsasən payız sessiyası sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir.

Parlament yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə deputatlar məzuniyyətdə sayılır.

Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırılarsa, Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır. Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Qeyd edək ki, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Günay Şahmar, Bizim.Media

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər