Qubada narkotacir beşbarmaq və narkotiklə saxlanılıb
Cəmiyyət
3286
21 Jan 2023 | 11:06

Qubada narkotacir beşbarmaq və narkotiklə saxlanılıb

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
 
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Xaçmaz rayon sakini Müşfiq Rəsulov saxlanılıb.
 
Həmin şəxsin üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin, 1 ədəd bıçaq və 1 ədəd beşbarmaq (kastet) aşkar olunaraq götürülüb.
 
Araşdırmalar zamanı M.Rəsulovun Xaçmaz rayon ərazisində narkotik alverçisi kimi tanındığı müəyyən edilib.
 
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər