10:47
7°C
Bakı
Xaçmazın Qusarçay kəndində 3 il əvvəl itkin düşən şəxslə bağlı yeni detallar üzə çıxıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Əmrəddin Ramazan oğlu Əkbərov qonşusu tərəfindən öldürülüb.
Daha sonra Əmrəddin Əkbərov meyiti öz həyətində basdırılıb.
Ötən gün polis əməkdaşları onun meyitinin qalıqlarını basdırıldığı yerdən çıxarıblar.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu