Azərbaycanda yeni 50 manat – FOTO
2812
25 Dec 2025 | 11:00

Azərbaycanda yeni 50 manat – FOTO

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımovun imzasının əks olunduğu yenilənmiş 50 manatlıq kağız pul nişanları 25 dekabr 2025-ci il tarixindən etibarən tədavülə buraxılır.

Bizim.Media Mərkəzi Banka istinadən xəbər verir ki, imza pul nişanının ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Kağız pul nişanının üzərində həmçinin “2025” istehsal ili əks olunub.

Yenilənmiş 50 manatlıq əsginasın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Qeyd edək ki, yenilənmiş 50 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

Pulun ön və arxa tərəfinin təsvirləri əlavə olunur.



Bizim.Media

Link kopyalandı!
Son xəbərlər