Prezident: “Sanksiyalar tətbiq edilsəydi, Ermənistan işğala son qoyardı” - VİDEO
585
24 Dec 2025 | 17:44

Prezident: “Sanksiyalar tətbiq edilsəydi, Ermənistan işğala son qoyardı” - VİDEO

“Bu gün dünyada müxtəlif yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş alıb gedir. Ya beynəlxalq təşkilatlar, ya böyük nüfuzlu ölkələr dərhal nə edirlər? Sanksiyalar tətbiq edirlər. Əlbəttə ki, sanksiyaların da böyük təsiri var”.
 

MÖVZU İLƏ BAĞLI: Prezident və birinci xanım Ağdama köçən sakinlərlə görüşdü - FOTO/VİDEO


Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə səsləndirib.

Dövlət başçısı qeyd edib: “Xüsusilə Ermənistan kimi kiçik və zəngin olmayan, demək olar ki, kasıb ölkəyə əgər sanksiyalar tətbiq edilsəydi, əlbəttə, Ermənistan işğala son qoyardı. Ancaq nəinki sanksiyalar tətbiq edilmədi, əksinə, onlara bəziləri pulsuz silahlar verirdi, özü də bir milyon dollarlıq yox, milyardlarla dollar dəyərində”.


Bizim.Media

Link kopyalandı!
Son xəbərlər