Rusiya Aİ-yə qarşı sanksiyalar tətbiq edib
Cəmiyyət
3549
17 Jan 2023 | 18:20

Rusiya Aİ-yə qarşı sanksiyalar tətbiq edib

Rusiya Avropa İttifaqının (Aİ) 2022-ci il dekabrın 16-da qəbul etdiyi doqquzuncu sanksiyalar paketinə qarşı cavab tədbirlərini açıqlayıb.
 
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Sanksiyalar Ukrayna Silahlı Qüvvələrinin hazırlanmasında iştirak edən Aİ ölkələrinin hüquq-mühafizə orqanlarının rəhbərliyinə, həmçinin rəsmi Kiyevə silah və hərbi texnika tədarük edən kommersiya və dövlət şirkətlərinin rəhbərliyinə qarşı tətbiq edilir.
 
Sanksiyalar həmçinin sistemli şəkildə Rusiyaya qarşı çıxış edən Aİ ölkələrinin ayrı-ayrı vətəndaşlarına və Avropa Parlamentinin ayrı-ayrı deputatlarına qarşı da tətbiq edilir. Dəqiq siyahı hələ açıqlanmayıb.
 
Link kopyalandı!
Son xəbərlər