Ronaldodan 122 oyun az oynadı, amma onun uğurunu TƏKRARLADI
385
20 Dec 2025 | 20:26

Ronaldodan 122 oyun az oynadı, amma onun uğurunu TƏKRARLADI

"Mançester Siti"nin futbolçusu Erlinq Haaland İngiltərə Premyer Liqasında vurduğu qolların sayına görə "Mançester Yunayted"in sabiq hücumçusu Kriştiano Ronaldoya çatıb.

Bizim.Media xəbər verir ki, futbolçu bu göstəriciyə çempionatın 17-ci turu çərçivəsində "Vest Hem"lə keçirilən matçda nail olub.

Matçın 6-cı dəqiqəsində fərqlənən forvard Premyer Liqadakı qollarının sayını 103-ə çatdırıb.

Maraqlıdır ki, Haaland bu göstəriciyə Ronaldodan 122 oyun daha tez nail olub.

Qeyd edək ki, 25 yaşlı hücumçu cari mövsümdə İngiltərə çempionatında 16 oyunda 18 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər